Millimiz son ev oyununda qələbə qazandı (YENİLƏNİB)
5 sentyabr 2012 22:00

Basketbol üzrə Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yeddinci sınağına çıxıb. Azerisport.az xəbər verir ki, yığmamız doğma divarlar arasında İsveçlə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, yığmamız AÇ-2013-ün seçmə mərhələsindəki üçüncü matçını məhz İsveçə qarşı keçirmişdi və səfərdə keçirilən həmin görüşdə məğlubiyyətlə üzləşmişdi – 79:96. “Sərhədçi”də keçirilən görüşdə mütləq həmin yenilginin qisasını almaq lazım idi. Çünki əks halda komandamız AÇ-2013-ün final mərhələsinə vəsiqə qazanmaq şanslarını itirəcəkdi. Amma yığmamız son ev oyununda da qələbə qazanmağı bacarıb.
Maraq üçün xatırladaq ki, Elxan Əliyevin yetirmələri yalnız Lüksemburqla hər iki oyunda qələbə qazanıb. Bolqarıstanı evdə məğlub edib, səfərdə məğlub olan komandamız İsveç və Almaniya ilə görüşlərdə də məğlubiyyətlə üzləşib.
AÇ-2013-ün seçmə mərhələsi
B qrupu
5 sentyabr
AZƏRBAYCAN - İSVEÇ - 82:76 (25:19, 15:20, 20:19, 22:18)
B qrupundakı son durum:
Komanda
|
O
|
Q
|
M
|
Top fərqi
|
Xal
|
Almaniya
|
6
|
6
|
0
|
523-393 (+130)
|
12
|
Azərbaycan
|
7
|
4
|
3
|
590-579 (+11)
|
11
|
Bolqarıstan
|
7
|
3
|
4
|
549-552 (−3)
|
10
|
İsveç
|
6
|
3
|
3
|
507-465 (+42)
|
9
|
Lüksemburq
|
6
|
0
|
6
|
417-597 (−180)
|
6
|