Almaniya millimizin qrupunda liderliyi əldən vermək istəmir
6 sentyabr 2012 01:14

Basketbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B qrupunun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının doğma meydanda İsveçlə qarşılaşdığı gündə digər rəqiblərimizdən Almaniya da Bolqarıstanla qarşılaşıb.
Bu görüşdə gözlənildiyi kimi, qrupun favoriti üstün olub - 79:69. Almaniya bu qələbə sayəsində liderliyini möhkəmləndirib.
Yığmamıza gəlincə, komandamız son oyununda İsveçi məğlub edib.
AÇ-2013-ün seçmə mərhələsi
B qrupu
5 sentyabr
Almaniya – Bolqarıstan - 79:69
B qrupundakı son durum:
Komanda
|
O
|
Q
|
M
|
Top fərqi
|
Xal
|
Almaniya
|
6
|
6
|
0
|
523-393 (+130)
|
12
|
Azərbaycan
|
7
|
4
|
3
|
590-579 (+11)
|
11
|
Bolqarıstan
|
7
|
3
|
4
|
549-552 (−3)
|
10
|
İsveç
|
6
|
3
|
3
|
507-465 (+42)
|
9
|
Lüksemburq
|
6
|
0
|
6
|
417-597 (−180)
|
6
|