Bolqarıstan Azərbaycanı bir pillə geri saldı
9 sentyabr 2012 00:17

Basketbol üzrə AÇ-2013-ün seçmə mərhələsində B qrupunun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, yığmamızın istirahət etdiyi turda iki görüş baş tutub.
İsveç doğma meydanda qrupun lideri Almaniya ilə qarşılaşıb. Qarşılaşma 86-91 hesabıyla almanların xeyrinə bitib.
Bolqarıstan isə qrupun autsayderi Lüksemburqu qonaq edib. Gözlənildiyi kimi, meydan sahibləri 120-95 hesabıyla üstün olublar. Bu qələbə sayəsində Bolqarıstan yığmamızı qabaqlayıb.
Qeyd edək ki, Azərbaycan qrupdakı son oyununu sentyabrın 11-də səfərdə Almaniyaya qarşı keçirəcək.
AÇ-2013-ün seçmə mərhələsi
B qrupu
8 sentyabr
Komanda
|
O
|
Q
|
M
|
Top fərqi
|
Xal
|
Almaniya
|
7
|
7
|
0
|
614-479 (+135)
|
14
|
Bolqarıstan
|
8
|
4
|
4
|
669-647 (+22)
|
12
|
AZƏRBAYCAN
|
7
|
4
|
3
|
590-579 (+11)
|
11
|
İsveç
|
7
|
3
|
4
|
593-556 (+37)
|
10
|
Lüksemburq
|
7
|
0
|
7
|
512-717 (−205)
|
7
|