Azərbaycan Almaniya ilə bacarmadı (YENİLƏNİB)
12 sentyabr 2012 00:20

Basketbol üzrə Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu – səkkizinci sınağına çıxıb. Azerisport.az xəbər verir ki, yığmamız səfərdə Almaniya ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, yığmamız AÇ-2013-ün seçmə mərhələsində Almaniya ilə Bakıdakı oyunda məğlub olmuşdu – 68:85. İndi mütləq həmin yenilginin qisasını almaq lazım idi. Çünki əks halda komandamız AÇ-2013-ün final mərhələsinə vəsiqə qazana bilməyəcəkdi. Amma bu görüşdə sensasiyaya imza atmaqla Azərbaycan tarix yaza bilərdi. Təəssüf ki, komandamız iddialı rəqibinə qarşı çox yaxşı oyun nümayiş etdirsə də, qələbə qazana bilməyib.
Maraq üçün xatırladaq ki, Elxan Əliyevin yetirmələri yalnız Lüksemburqla hər iki oyunda qələbə qazanmışdı. Bolqarıstanı və İsveçi evdə məğlub etsək də, səfərdə bu komandalara məğlub olmuşduq.
AÇ-2013-ün seçmə mərhələsi
B qrupu
11 sentyabr
ALMANİYA – AZƏRBAYCAN - 81:68 (21:22, 22:17, 15:15, 23:14)
B qrupundakı son durum:
Komanda
|
O
|
Q
|
M
|
Top Fərqi
|
Xal
|
Almaniya
|
8
|
8
|
0
|
695-547 (+148)
|
16
|
İsveç
|
8
|
4
|
4
|
678-624 (+54)
|
12
|
Bolqarıstan
|
8
|
4
|
4
|
669-647 (+22)
|
12
|
AZƏRBAYCAN
|
8
|
4
|
4
|
658-660 (-2)
|
12
|
Lüksemburq
|
8
|
0
|
8
|
580-802 (−222)
|
8
|