Azərbaycan təmsilçisi ermənilər üzərində qələbə ilə çempion oldu
4 oktyabr 2012 00:12

Batumidə 1997-1998-ci il təvəllüdlü basketbolçular arasında beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnirin final mərhələsində Ermənistan kollektivi ilə qarşılaşan Azərbaycanın “Təhsil” komandası rəqibini 99:62 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Turnirin ən yaxşı oyunçusu isə “Təhsil”in basketbolçusu Eldar Poladxanov seçilib.