Yığmamızın üzvü baş məşqçi oldu
10 oktyabr 2012 12:48

Azərbaycanın kişi basketbolçulardan ibarət yığma komandasının veteran üzvü Tahir Baxşiyevə yeni vəzifə verilib. Azerisport.az xəbər verir ki, son bir neçə ildə yığmada oynamaqla yanaşı, həm də yüksək liqada çıxış edən "Araz" (Naxçıvan) klubuna başçılıq edən Tahir bundan sonra isə ölkənin U-14 və U-16 yığma komandalarını da çalışdıracaq.
Veteran basketbolçu bununla yanaşı, yığmadakı çıxışını da davam etdirəcək.