Azərbaycan aparıcı klubu fəaliyyətini dayandırdı
4 noyabr 2012 01:41

Basketbol üzrə Azərbaycan Super Liqasında yeni mövsümə hələ start verilməsə də, artıq “Araz-Naxçıvan”ın düşərgəsindən xoşagəlməz bir xəbər gəlib. Azerisport.az xəbər verir ki, bir neçə dəfə ölkə çempionu olmuş Naxçıvan təmsilçisi Super Liqanın yeni mövsümündə iştirak etməyəcək.
Buna sözügedən klubun maliyyə problemləri ilə üzləşməsi səbəb olub. Əksəri yığmamızın üzvləri olan komandanın üzvləri isə özlərinə yeni iş yeri axtarmalı olacaqlar.