Azərbaycanlı hakim üçün yeni təyinat
5 noyabr 2012 15:02

Basketbol üzrə beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, Ə.Həsənov oktyabrın 31-də Rusiyanın Yekaterinburq şəhərində yerli komanda ilə “Novi Zagreb” (Xorvatiya) kollektivi arasında keçirilmiş oyunun hakimi olmuşdu.
Bu dəfə isə həmyerlimiz noyabrın 7-də Orenburqda “Nadejda” – “Fənərbaxça” (Türkiyə) komandaları arasında qadınlardan ibarət Çelenc kuboku uğrunda oyuna hakimlik edəcək.