Azərbaycan çempionatında 3-cü tura yekun vuruldu
13 yanvar 2013 01:30

Yanvarın 12-də kişilər arasında basketbol üzrə Azərbaycan çempionatının üçüncü turuna yekun vurulub. Azerisport.az xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində “NTL-Maxxis” və AzDBTİA komandaları qarşılaşıb.
Görüş 101:74 hesabı ilə “NTL-Maxxis”ın qələbəsi ilə başa çatıb.
Turun sonuncu qarşılaşmasında “Qala” və BDU komandaları üz-üzə gəliblər. Maraqlı idman mübarizəsi şəraitində keçən oyundan “Qala” komandası 167:29 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, çempionatda 6 komanda birincilik uğrunda mübarizə aparır. “Qala” və “NTL-Mixxis” komandaları turnir cədvəlində 6 xalla 1-2-ci yerləri bölüşürlər.