Federasiyaya yeni prezident seçildi
10 aprel 2013 01:52

Aprelin 9-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Basketbol Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib. Azerisport.az xəbər verir ki, əvvəlcə ABF-nin baş katibi Qəhrəman Məmmədyarov hesabat məruzəsi ilə çıxış edib.
Baş katib Azərbaycan basketbolçularının 2008-2012-ci illərdə qazandığı nailiyyətlərdən danışıb. Sonra basketbolçular və məşqçilər hesabat dövrü barədə fikirlərini bildirib, federasiyanın prezident və baş katib vəzifələrinə seçkilər keçirilib.
Nadir Nəsibov yenidən ABF-nin prezidenti seçilib. Q.Məmmədyarov isə baş katib vəzifəsinə təyin olunub.
Basketbol üzrə Azərbaycan milli komandasının sabiq məşqçisi Rimas Kurtinaytis ABF-nin Rəyasət Heyətinin fəxri üzvü seçilib. Qeyd edək ki, millimiz R.Kurtinaytisin rəhbərliyi altında 2005-ci ildə Dünya İslam Oyunlarında qızıl medal qazanmışdı.