Azərbaycan çempionu bəlli oldu
3 may 2013 13:54

Basketbol üzrə Azərbaycan çempionatında final mərhələsinin ikinci oyunu keçirilib. Azerisport.az xəbər verir ki, “Qala-Atena” “Gəncə” ilə üz-üzə gəlib.
Elxan Əliyevin yetirmələri gəncəliləri 72:65 hesabı ilə məğlub edib.
Xatırladaq ki, ilk oyunda da “Qala-Atena” 60:53 hesabıyla üstün olmuşdu. Belə olan halda “Qala-Atena” Azərbaycan çempionu olub.