Baku Open 2013 turnirinin qalibləri bəlli oldu
8 avqust 2013 20:54

Azərbaycan Basketbol Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2013-cü il avqustun 6-da Xətai rayonu Rüfət Məmmədov adına 269 saylı məktəbin idman meydançasında 3X3 basketbol üzrə "Baku Open-2013" turniri keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə oğlanlardan və qızlardan ibarət 23 komanda iştirak edirdi.
Bu yarışda qızlardan ibarət 12-16 yaş qrupunda "Neftçi" İSM-nin 4 komanda qarşılaşdı. Turnirin qalibi dairəvi sistemlə müəyyən olundu.
I yer Neftçi-2
II yer Neftçi-1
III yer Neftçi-3
IV yer Neftçi-Məşəl
Oğlanlardan ibarət U15 qrupunda 8 komanda iştirak edirdi. Komandalar iki qrupda dairəvi sistemlə mübarizəni aparıblar. Hər qrupdan I və II yerləri tutan komandalar yarımfinala çıxdı. Finalda III yer uğrunda "Grazy Team" 2-1 hesabıyla "Street Dribblers" komandasını uddu. I yer uğrunda görüşdə "Atena basket" komandası 3-1 hesabıyla Sabuncu Uşaq Gənclər İdman Məktəbin yetirmələrınə qalib qəldi.
I yer "Atena basket"
II yer Sabunçu UGİM
III yer "Grazy Team"
IV yer "Street Dribblers"
Oğlanlardan ibarət U18 qrupunda 11 komanda mübarizəyə qoşulmuşdu. Komandalar 4 qrupda dairəvi sistemlə yarışdılar. Hər qrupdan iki komanda 1/4 finala cıxdı. Finalda III yer uğrunda "The Mubareks" 6-4 hesabıyla "Street kihgs" komandasını uddu. I yer uğrunda görüşdə "Sabuncu UGİM-1"in yetirmələri gərgin mübarizədə 4-5 hesabıyla "Renat" komandasına uduzdu.
I yer "Renat"
II yer Sabunçu UGİM-1
III yer "The Mubareks"
IV yer "Street kihgs"
Qaliblər ABF-in pul mükafatı və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kubok və diplomları ilə təltif edildilər.
Turnir zamanı azarkeşlərlə müsabiqə keçirildi. Ən fəal azarkeşə ABF tərəfindən basketbol topu hədiyyə edildi.
Turnirin keçirilməsinə şərait yaradmasına görə Xətai rayonu Rüfət Məmmədov adına 269 saylı məktəbin rəhbərliyinə ayrıca təşəkkürümüzü bildiririk.