Azərbaycan idmançısı Red Bull King of the Rock-2013-ün final oyunlarında iştirak edib
2 oktyabr 2013 18:18

San Francisko şəhərində küçə basketbolu üzrə 2013-cü ilin dördüncü və sonuncu “Red Bull King of the Rock-2013” final oyunları keçirilib. Azerisport.az xəbər verir ki, çempionatda 19 ölkədən 64 güclü küçə basketbolçuları ən məşhur “Alkatrasda” simvolik meydançasında toplaşıblar.
Turnirdə Azərbaycanı milli “Red Bull King of the Rock-2013” çempionatının qalibi Amil Həmzəyev təmsil edib.
Uçulmuş divarların arasında və həbsxananın qaranlıq, soyuq çatlamış beton həyətində oyunçular bir-biriləri ilə yüzlərlə tamaşaçının və fəxri qonaq olan Bleyk Qriffinin qarşısında mübarizə aparıblar.
Yarışın sonunda Tarron “The Beast” Uilliams bütün rəqiblərinə qalib gələrək “kral” adına nail olub. Ləqəbini Baron Deyvisdən almış Kaliforniya ştatının İnglevud şəhərindən olan otuz altı yaşlı Tarron “The Beast” Uilliams İspaniyadan olan Sergio de la Fuenteyə 6:0 hesabı ilə qalib gəlmiş və qayanı çempion kimi tərk edib.
Bu yarışda Birləşmiş Ştatlardan əlavə, Avstriya, Azərbaycan, Bəhreyn, Braziliya, Çex Respublikası, Gürcüstan, Honq- Konq, İtaliya, Yaponiya, İordaniya, Küveyt, Livan, Rusiya, Serbiya, İspaniya, Tayvan, Tunis və Birləşmiş Ərəb Əmirliklərinin idmançıları iştirak ediblər.
Növbəti “Red Bull King of the Rock” çempionatı 2014-cü ildə Tayvanda keçiriləcək.