Biri sevindi, digəri yox
10 noyabr 2013 22:55
Türkiyə basketbol çempionatında 5-ci turun görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, milli komandamızın hücumçusu Orxan Aydının çıxış etdiyi “Uşaq Sportiv” klubu səfərdə “Anadolu Efes”ə 71:79 hesabı ilə uduzub.
Bu matçda həmyerlimiz 12 xal yığıb. Hazırda İstanbul təmsilçisinin Beko Basketbol Liqasında 8 xalı var və yarış cəjvəlində 6-cı sırada qərarlaşıb.
Seçmə komandamızın digər üzvü Çak Devisin şərəfini qoruduğu “Banvid” kollektivi “Torku Səlcuq Universiteti”ni üstələyərək, vahid lider olub (100:78). “Milliləşmiş” legionerimiz bu görüşdə 16 xal toplayıb və 4 dəqiq ötürmə verib.