Millimizin basketbolçusu “Uşaq Sportiv”i sevindirdi
17 noyabr 2013 00:35
Türkiyə basketbol çempionatında 6-cı turun görüşləri baş tutub. Azerisport.az xəbər verir ki, milli komandamızın hücumçusu Orxan Aydının çıxış etdiyi “Uşaq Sportiv” klubu evdə “Beşikdaş”ı 85:83 hesabı ilə üstələyib.
Bu matçda həmyerlimiz 13 xal yığıb və 7 dəfə səbətdən dönən topu götürüb. Hazırda İstanbul təmsilçisinin Beko Basketbol Liqasında 10 xalı var və yarış cədvəlində 4-cü sırada qərarlaşıb.