Basketbolçularımız Türkiyə çempionatında sözünü deyir
7 yanvar 2014 20:44
Azərbaycanlı basketbolçu Orxan Aydın Türkiyə çempionatında növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, 14-cü tur çərçivəsində basketbolçumuzun komandası “Uşak Sportif” öz meydanında “Pinar Karşıyaka” komandasını 82:77 hesabı ilə məğlub edib və 23 xalla beşinci pillədə qərarlaşıb.
Orxan 9 xal və 11 toplama yığıb.
Azərbaycan yığmasının digər basketbolçusu Çak Devisin komandası “Banvit” isə “Anadolu Efes” üzərində 76:70 hesabı ilə qələbə qazanaraq 27 xalla liderliyə yüksəlib. Devis dabl-dabl edərək 27 xal və 11 toplama nəticəsi göstərib.