Orxan Aydın Trabzonspora qarşı oyunda ən yaxşı oldu
12 yanvar 2014 13:40
Basketbolçumuz Orxan Aydın Türkiyə çempionatında növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, çempionatın 15-ci turu çərçivəsində onun klubu “Uşak Sportif” səfərdə “Trabzonspor”u 100:83 hesabı ilə məğlub edərək 24 xalla beşinci pillədə qərarlaşıb.
Orxan oyunda 22 xal toplayaraq komandasının ən yaxşı oyunçusu olub.