Birinci dövrə başa çatdı, Qala BK liderdir
12 mart 2014 12:11
Mart ayının 9-da Mingəçevir şəhərində basketbol üzrə ölkə çempionatının birinci dövrəsinin üçüncü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk qarşılaşmada "Qala" BK Cəlilabad komandasını 88:52 (24:4, 15:20, 20:17, 29:11) hesabı ilə məğlub etdi.
Gərgin mübarizə şəraitində keçən ikinci qarşılaşmada isə Şəki basketbolçuları Gəncə komandasını 60:54 (10:17, 23:10, 15:12, 12:15) hesabı ilə üstələdilər.
İkinci dövrənin ilk turu martın 30-da Cəlilabad şəhərində keçiriləcək.
Birinci dövrənin yekunlarına əsasən komandalar aşağıdakı yerləri tuturlar:
I yer "Qala" BK (Bakı) - 6 xal
II yer Cəlilabad - 5 xal
III yer Şəki - 4 xal
IV yer Gəncə - 3 xal
II yer Cəlilabad - 5 xal
III yer Şəki - 4 xal
IV yer Gəncə - 3 xal
(ABF)