Azərbaycan turunun ilk mərhələsi keçirilib
Cəlilabad şəhərində 3X3 basketbol üzrə 1-ci Azərbaycan Turuna start verilib. Azerisport.az xəbər verir ki, bu yarışda Cəlilabadı 4 Bakını 3 və Gəncəni 3 komanda təmsil edir.
Oyunlar dairəvi üsulla iki qrupda keçirilir. Hər qrupda 1-4-cü yerləri tutan komandalar mübarizəni davam etdiriblər. Yarımfinala Cəlilabad-1, Cəlilabad-4 və Qala 1 və Qala-2 komandaları çıxıblar. Həlledici final qarşılaşmasında Qala-1 və Cəlilabad-1 komandaları üz-üzə gəliblər. Çox gərgin mübarizə şəraitində keçən oyunda Qala-1 19-16 hesabı ilə meydan sahiblərinə qalib gəlib.
Oyun başa çatdıqdan sonra Azərbaycan Turunda işirak edən basketbolçular 3 xallıq atışlar üzrə yarışıblar. Bir dəqiqə ərzində ən çox sərrast atış atan iki oyunçu finala vəsiqə qazanıb.
Amil Həmzəyev - 17
Anar Sarıyev - 14
Növbəti mərhələ mayın 4-də Mingəçevir şəhərində keçiriləcək.
Qala-1 - 12 xal
Cəlilabad-1 - 10 xal
Qala-2 - 8 xal
Cəlilabad-4 - 6 xal
Qala-3 - 4 xal
Cəlilabad-3 - 4 xal
Cəlilabad-2 - 4 xal
Gəncə-2 - 4 xal
Gəncə-3 - 2 xal
Gəncə-1 - 2 xal