Yığmamız yarımfinala vəsiqə qazandı
10 aprel 2015 15:45
3X3 basketbol üzrə milli yığmamız Daşkəntdə keçirilən beynəlxalq turnirdə iştirak edir. Azerisport.az xəbər verir ki, turnirdə 2 yarımqrupa bölünən 12 komanda iştirak edir.
Aprelin 7-dən 10-na kimi yığmamız yarımqrupda 5 oyun keçirərək turnirin yarımfinalına yüksəlib.
Azərbaycan - TIS OWLs (UZB) 21-2
Azərbaycan - Snow Leopards (KAZ) 21-4
Azərbaycan - KIKA (UZB) 14-13
Azərbaycan - DYUSSHOR 7 (UZB) 20-14
Azərbaycan - Almalik (UZB) 20-18
Millimizin üzvləri Alexandra Mollenhauer və Tatyana Deniskina məhsuldar oyun sərgiləyərək komandamızın qələbəsini təmin etdilər.