Yeniyetmə boksçularımız AÇ-dən 4 medalla dönür
16 noyabr 2013 16:31
Rusiyanın Anapa şəhərində yeniyetmələr arasında boks üzrə Avropa birinciliyinə yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışda 3 gümüş və 1 bürünc medala sahib olublar.
Finala vəsiqə qazanmış hər 3 boksçumuz həlledici görüşdə rusiyalı rəqiblərinə uduzub. Rüfət Hüseynov (46 kq) Maqomed Maqomedbekova, Tayfur Əliyev (52 kq) Tamerlan Xanqişiyevə, Hüseyn Tarverdili isə (70 kq) Vladimir Xarçenkoya məğlub olub.
Xatırladaq ki, Ümüd Hüseynov (50 kq) Avropa birinciliyinin bürünc medalına layiq görülüb.
Yarışda ölkəmizi hakim kimi Mehman Mürsəlov təmsil edib.