Baku Fires qubalıları beş qələbə ilə sevindirdi (FOTOLAR)
24 noyabr 2013 17:26

Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 2-cü turun matçında Azərbaycanın “Baku Fires” klubu Meksikanın “Mexico Guerreros” komandasını qəbul edib. Azerisport.az xəbər verir ki, hər iki komanda ilk turda məğlub olduğundan görüşün gərgin keçəcəyi gözlənilirdi.
Ancaq meksikalılar komandamıza ciddi müqavimət göstərə bilməyiblər. “Baku Fires” rəqibini 5:0 hesabı ilə məğlub edib.
Döyüşlərin nəticələri:
“Baku Fires” – “Mexico Guerreros”
52 kq. Məhəmməd Əbdülhəmidov – Ortiz Markano – 48:47, 49:46, 49:46.
60 kq. Albert Səlimov – Fernando Alvarez - 50:42, 50:43, 50:44
69 kq. Məhəmməd Nuruddinov – Karl Held – 59:45, 50:45, 50:45
81 kq. Ramazan Məhəmmədov – Boburbek Yuldaşev – 49:46, 50:45, 48:47
+91 kq. Arslanbek Mahmudov – Renat Rahimov – Mahmudov nokautla qalib gəlib
Bu həftə “B” qrupunda daha iki görüş keçirilib. Kuba komandası səfərdə “Poland Hussars” üzərində 5:0 hesabı ilə qələbə qazanıb. Turun mərkəzi qarşılaşmasında “Astana Arlans” Sankt-Peterburqda Rusiyanı 3:2 hesabı ilə üstələyib.
Turnir cədvəli:
1. “Cuba Domadores” – 6 xal, (2 matç)
2. “Astana Arlans”– 6, (2)
3. Rusiya – 4, (2)
4. “Baku Fires”– 3, (2)
5. “Mexico Guerreros” –0, (2)
6. “Hussars Poland” – 0, (2)