Məhəmmədrəsul Məcidov: Hər zaman Baku Fires-ə dəstək olmağa hazıram
25 noyabr 2013 12:05
İkiqat dünya çempionu, Avropa çempionu, London Yay Olimpiya Oyunlarının bürünc medalçısı Məhəmmədrəsul Məcidov azerisport.az saytına açıqlamasında "Baku Fires" komandasının qələbəsi haqda danışıb: “5-0 hesablı qələbəyə baxmayaraq çətin görüş oldu. Rəqib sona qədər mübarizə apardı. Komanda ilə razılaşmama əsasən yeni ildən yenidən rinqdə olacağam. İstərdim ki, "Baku Fires" pley-offa yüksəlsin və orada komandaya kömək edim. Dünya çempionatından sonra bir qədər dincələcəyəm. Lakin hər zaman komandama dəstək olmağa hazıram”.