Nurupaşa Talıbov: Bu qələbə bizə heç nə vəd etmir
25 noyabr 2013 12:13
"Baku Fires" komandasının baş məşqçisi Nurupaşa Talıbov azerisport.az saytına açıqlamasında Qubada keçirilən "Mexiko Guereros"la görüş barədə danışıb:
"Komandamız əsl döyüş göstərdi. Layiqli olaraq 5-0 hesabıyla qalib gəldik. Lakin hesab sizi çaşdırmasın. Rəqib güclü komandadır. Bu qələbə hələ heçnə vəd etmir. Bizi qarşıda çətin görüşlər gözləyir. İstəyirik, pley-offa, oradan isə daha irəli gedək. Komandamız bütün heyətlə yalnız qələbəyə köklənib. Qubada bizə dəstək olan insanlara təşəkkür edirəm. Biz özümüzü evdə olduğu kimi hiss etdik. Qələbədə onların da payı var".