Ağalarovun xatirə turniri başlayır
5 dekabr 2013 11:20
Bu gün Azərbaycan Texniki Universitetinin İdman Sarayında əməkdar məşqçi, respublikamızda boksun banisi olan Abbas Ağalarovun xatirəsinə həsr olunmuş, gənclər arasında ənənəvi beynəlxalq turnirə start verilib. Azerisport.az xəbər verir ki, yarışda gənc boksçularımızla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Hindistan və Ukrayna komandaları iştirak edəcəklər.
Azərbaycan komandası turnirdə baş məşqçi Şamil Alimcanovun rəhbərliyi altında geniş tərkibli heyətlə mübarizə aparacaq. Yarışa dekabrın 8-də yekun vurulacaq.
