Fariz Məmmədov Pelkə qarşı (VİDEO)
7 dekabr 2013 13:14
Xəbər verdiyimiz kimi, Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda rinqə çıxacaq. Azerisport.az xəbər verir ki, boksçumuz IBF, WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün Almaniya təmsilçisi, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyən Matias Pelklə qarşılaşacaq.
12 raundluq döyüş “Eurosport” kanalı vasitəsilə dünyanın 63 ölkəsində canlı yayımlanacaq. Qarşılaşmaya qədər açıq məşqin, boksçuların iştirakı ilə mətbuat konfransının və çəkiölçmə mərasiminin keçirilməsi planlaşdırılır. Bu görüşlə bağlı videoanonsu təqdim edirik.