Məhəmmədrəsul Məcidov reytinqdə yenə 1-cidi
7 dekabr 2013 14:05
Beynəlxalq Həvəskar Boks Assosiasiyası dünyanın ən güclü boksçularının dekabr ayı üçün reytinqini elan edib. Azerisport.az xəbər verir ki, ötən ayla müqayisədə, bizdən ilk 10 idmançı sıralamada dəyişiklik olmayıb.
İlk və hələlik yeganə 2-qat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) öz çəkisində yenə də birincidi.
Avropanın ən güclülərinin yarışında gümüş, Almatıda keçirilmiş ən mötəbər rəqabətdə bürünc medal qazanan Teymur Məmmədov (90 kq) AİBA-nın reytinqində 2-ci yerdədi.
Milli komandamızın digər aparıcı üzvləri Elvin Məmişzadə (52 kq) 5-ci, dünya çempionu Cavid Çələbiyev (56 kq) 6-cı pillədədi.