Matias Pelk: Qəbələ döyüşü ərəfəsində həyəcanlı deyiləm
10 dekabr 2013 13:20
Alman peşəkar boksçu Matias Pelk bildirib ki, Fariz Məmmədova qarşı döyüş onun ciddi həyəcanına səbəb olmayıb. Azerisport.az xəbər verir ki, Pelk bunları söyləyib:
“Almaniya hüdudlarından kənarda ilk dəfə deyil ki, döyüşəcəyəm. Döyüşün Qəbələdə keçiriləcəyi münasibəti ilə də narahat deyiləm. Kütlə mənə qarşı köklənəndə daha yaxşı döyüşürəm. Ümid edirəm ki, mənim burada da azarkeşlərim olacaq. Öz gücümə əminəm. Yoxsa, Bakıya gəlməzdim”.