Matias Pelkin atası: Biz Qəbələdə döyüş gözləyirik
10 dekabr 2013 13:22
Dekabrın 14-də Fariz Məmmədova qarşı keçiriləcək döyüşdə boksçumuzun rəqibi, alman peşəkar boksçu Matias Pelkin atası Petr Pelk, Azərbaycan tərəfinin döyüşün keçirilməsi yönündə təşkilati işlərindən və qəbuldan razı qalıb. Azerisport.az xəbər verir ki, Petr Pelk, bunları söyləyib:
“Bizi çox yaxşı qarşıladılar. Biz Qəbələdə döyüş gözləyirik. Ümid edirəm ki, yaxşı döyüş olacaq və hamı razı qalacaq”.