Fariz Məmmədovun promoteri: Bu dəfə də xalqımızı sevindirəcəyinə əminik
10 dekabr 2013 12:40
Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda Almaniya təmsilçisi, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyən Matias Pelklə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu gün sözügedən döyüş öncəsi mətbuat konfransı keçirilib.
Məmmədovun promoteri Yaşar Niftəliyev konfransda bunları söyləyib: "Bizi qarşıda gərgin döyüş gözləyir. İlk dəfə Azərbaycanda 2 Avropa kəməri uğrunda döyüş olacaq. Rəqib güclüdür. Keçirdiyi 20 döyüşün hamısını qələbə ilə başa vurub. 11 görüşü nokautla qazanıb. Fariz uzun müddət rinqdən kənarda qalsa da, bu yaxınlarda keçirdiyi döyüşdə qalib gəldi. Onun bu dəfə də xalqımızı sevindirəcəyinə əminik".