Matias Pelk: Fariz Məmmədova hörmətlə yanaşıram
10 dekabr 2013 12:44
Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda Almaniya təmsilçisi, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyən Matias Pelklə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu gün sözügedən döyüş öncəsi mətbuat konfransı keçirilib.
Məmmədovun rəqibi Pelk konfransda bunları söyləyib: "9 ildir peşəkar boksla məşğulam. Ona qədər həvəskar boksda idim. Mən yaşadığım əyalətdə 3 boks məktəbi var. Yaxşı məşqlər keçirilir. Fariz güclü rəqiblərdəndir. Ona hörmətlə yanaşıram".