İki boksçumuz finala vəsiqə qazandı
11 dekabr 2013 13:13
Qazaxıstanın Almatı şəhərində əməkdar məşqçi Menqerey Xayrutdinovun xatirəsinə həsr olunmuş qadınlar arasında beynəlxalq boks turnirində finalçılar məlum olub. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının iki üzvü də həlledici döyüşdə iştirak etmək hüququ qazanıb.
Yana Alekseyeva (60 kq) və Aynur Rzayeva (81 kq) yarımfinal görüşlərini qələbə ilə başa vuraraq, finala yüksəliblər. Anna Əlimərdanova (51 kq), Əzizə Abbasova (48 kq), və Leyla Cavadova (75 kq) yarımfinalda uduzaraq, bürünc medala sahib olublar. Qeyd edək ki, final görüşləri dekabrın 11-də keçiriləcək.