Syomin Fariz Məmmədova dəstək verdi (FOTOREPORTAJ)
14 dekabr 2013 14:14

Bu gün Azərbaycanı və "Qəbələ"ni peşəkar rinqdə təmsil edən Fariz Məmmədov Qəbələ Olimpiya İdman Kompleksində Avropa Çempionluğu uğrunda Almaniya təmsilçisi Matias Pelklə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, döyüşdən öncə plana uyğun olaraq döyüşçülər tərəziyə çıxıblar.
Çəki ölçmə mərasimində boksçular və təşkilat komitəsinin üzvləri ilə yanaşı, "Qəbələ"nin məşqçi və futbolçu heyəti də iştirak edib. Boksçuya dəstək verən "qırmızı-qaralar" ona turnirdən xatirə köynəkləri imzaladıblar. Dəstək qrupunda baş məşqçi Yuri Syomin də yer alıb.
(Klub saytı)