Pelk: Fariz Məmmədov ilə Almaniyada da döyüşməyə hazıram
15 dekabr 2013 01:15
Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədovu IBF və WBO versiyaları üzrə Avropa kəməri uğrunda döyüşdə almaniyalı Matias Pelklə üz-üzə gəldi. Azerisport.az xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan görüş almaniyalı boksçunun qələbəsi ilə başa çatdı.
"Azərbaycan çox qonaqpərvər ölkədi. Təşkilatçılıq da yüksək səviyyədə idi. Rəqibim cəld boksçu idi. Amma boksda güclü qalib gəlir. O da bu gün mən idim. Əgər Fariz revanş istəyirsə, onunla Almaniyada da döyüşməyə hazıram".