Romal Amanov erməni boksçuya qarşı
17 dekabr 2013 16:29
Boks üzrə milli komandamızın sabiq üzvü, 2005-ci ildə Çində keçirilən dünya çempionatının gümüş mükafatçısı Romal Amanov peşəkar rinqdə özünü sınamağı qərara alıb. İndiyə qədər 3 döyüşdə qalib gələn həmyerlimiz dördüncü gğrüşünü Moskvada The winner takes it all adlı boks gecəsində keçirəcək. Azerisport.az xəbər verir ki, Amanovun rəqibi Pyatiqorskda yaşayan erməni boksçu Sevak Baqdasaryan olacaq.
Qeyd edək ki, gecənin əsas döyüşündə əfsanəvi Roy Cons fransalı Zineddin Benmaklofla üz-üzə gələcək. Qeyd edək ki, bu döyüş WBU versiyası üzrə ilk ağır çəkidə (90,7 kq) dünya çempionluğu kəməri uğrundadı. Bundan başqa boks gecəsində rusiyallı Dmitri Çudinov Kolumbiya idmançısı Xuan Kamilo Novoa ilə qarşılaşacaq. Dekbrın 21-də “Dinamo” İdman Sarayında keçiriləcək boks gecəsi Rossiya-2 kanalı ilə canlı yayımlanacaq.