Teymur Məmmədov: Əsas hədəf 2015-ci ilin Avropa Oyunlarıdır
24 dekabr 2013 10:55
Boks üzrə Avropa çempionu, dünya çempionatının bürünc və gümüş mükafatçısı Teymur Məmmədov azerisport.az saytına açıqlamasında yeni mövsümdə Ümumdünya Boks Seriyasında çıxış etməyəcəyini bildirib: "Yeni mövsümdə bütün diqqətim məşqlərə yönələcək. Əsas hədəf 2015-ci ildə keçiriləcək Avropa Oyunlarıdır. Ona görə intensiv məşqləri bərpa edəcəyəm. "Baku Fires"də çıxış etmək barədə düşünmürəm. Yalnız Azərbaycan yığmasının heyətində mübarizə aparmaqla yeni uğurlar qazanmaq istəyirəm".