Nuripaşa Talıbov: Məğlubiyyətə rəğmən, biz sona qədər mübarizə apardıq
11 yanvar 2014 22:44
“Baku Fires” boks komandasının baş məşqçisi Nuripaşa Talıbov Ümumdünya boks seriyanın (WSB) 5-ci turunda “Cuba Domadores” klubuna qarşı Qubada keçirilmiş görüşü (2:3) şərh edib. Azerisport.az xəbər verir ki, Talıbov bunları söyləyib:
“Mən öz boksçularımdan razıyam. Rəqibin heyətində olimpiya çempionları və dünya çempionatlarının mükafatçıları çıxış edirdi. Ağır görüş idi. Məğlubiyyətə rəğmən, biz sona qədər mübarizə apardıq. Qələbə üçün azacıq çatdırmadıq”.