Baku Fires Cuba Domadores-ə məğlub oldu
11 yanvar 2014 22:22
Bu gün “Baku Fires” Ümumdünya boks seriyanın (WSB) 5-ci turunda “Cuba Domadores” komandasına 2:3 hesabı ilə məğlub olub. Azerisport.az şəxsi görüşlərin nəticələrini diqqətinizə çatdırır:
49 кг: Həmzə Nemətov – Esbani Veyrita - 0:1
56 кг: Məhəmməd Qurbanov – Robesi Ramires - 0:1
64 кг: Heybətulla Hacıəliyev – Yasni Toledo - 1:0
75 кг: Qebulla Mürsəlov – Ramon Luis - 1:0
91 кг: Denis Latipov – Erisaldi Savon - 0:1
Hazırda “Baku Fires” “B” qrupunda 7 xalla üçüncü pillədə qərarlaşıb. Yarış cədvəlinə Qazaxıstanın “Astana Arlans” komandası liderlik edir (13 xal). İkinci yerdə “Cuba Domadores” (12 xal) qərarlaşıb.