Çələbiyev çəkisini dəyişdi
17 yanvar 2014 14:03
Boks üzrə dünya çempionu Cavid Çələbiyev çəkisini dəyişəcək. Azerisport.az xəbər verir ki, 56 kq-da dünya çempionu olan azərbaycanlı boksçu yeni ildən çəkisini artırıb.
Çələbiyevin növbəti yarışlarda 60 kq-da çıxış edəcəyi gözlənilir. Qeyd edək ki, yanvarın 26-da boks üzrə növbəti Azərbaycan çempionatı başlayacaq. Dünya çempionunun turnirdə iştirak edib-etməyəcəyi məlum deyil.