Teymur Məmmədov Bakı atəşində çıxış edə bilər
17 yanvar 2014 14:24
Boks üzrə Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov "Bakı atəşi"nin şərəfini qoruyacaq. Azerisport.az xəbər verir ki, bu barədə klubun baş meneceri Rizvan Gənciyev Qubada keçirilən mətbuat konfransında məlumat verib:
"Teymur Məmmədov özü bizə müraciət edərək komandamızda çıxış etmək istədiyini açıqladı. Bizdə onun istəyini qəbul etdik. Hazırda o komandayla birgə təlim-məşq toplanışındadır. Onun taleyini baş məşqçi həll edəcək. Əgər hazırlığından razı qalsalar o bizim klubda çıxış edəcək. Hər şey onun formada olmasından asılıdı".