“Qubada olduğuma görə çox şadam”
17 yanvar 2014 14:47
Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun “Baku Fires” (Azərbaycan) və “Astana Arlans” (Qazaxıstan) komandaları arasında keçiriləcək görüşə həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, boksçuların çəki mərasimindən sonra hər iki klubun nümayəndələri və idmançılar jurnalistlərin suallarını cavablandırıblar.
Qonaq komandanın baş meneceri Bolat Mankenov “Baku Fires”i liqanın favoritlərindən biri kimi xarakterizə edib: “Qubada olduğuma görə çox şadam. Biz Azərbaycan komandası ilə birgə 1-ci mövsümdən WSB liqasında çıxış edirik. “Baku Fires” yarışın favoritlərindən biridir. Biz rinqdə rəqib olsaq da, həyatda yaxın dostuq. Sabah çox maraqlı və gərgin döyüş olacaq. İnanıram ki, boks həvəskarları bu qarşılaşmaya biganə qalmayacaqlar”.