"Azərbaycan bayrağını yüksəltmək istəyirəm"
17 yanvar 2014 15:25
"Baku Fires"in şərəfini qoruyan boks üzrə dünya və Avropa çempionu Albert Səlimov azerisport.az saytına müsahibəsində Rusiya mətbuatında onun haqda yazılanlara münasibət bildirib:
"Mən mətbuatı oxumuram. İnternetdə olmuram. İşim boksdu, ancaq məşq barədə düşünürəm. Rusiya Boks Federasiyasının haqqımda nə deməsi məni maraqlandırmır. Bütün fikrim Azərbaycan yığmasıdı. Bu ölkənin şərəfini qorumaq istəyirəm və qoruyacam. Bütün fikrim Azərbaycan bayrağını yüksəltməkdi".