Bakı atəşində dəyişiklik
18 yanvar 2014 01:22
Bu gün Qubada Ümumdünya Boks Seriyası çərçivəsində Astana Arlansı qəbul edəcək Bakı atəşi komandasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, 81 kq-da çıxış etməli olan Ramazan Məhəmmədov məşq zamanı zədələnib.
Ona görə məşqçilər korpusu onu Samir Məmmədovla əvəzləyib. Boksçu psixoloji cəhətdən döyüşə hazır olduğunu və qələbə qazanmağa çalışacağını bildirib.