Fotoreportaj|Video|На русском

Boks

Albert Səlimov: Baku Fireslə müqavilə imzaladıqdan sonra Rusiya yığmasında aldığım məvacib kəsildi

18 yanvar 2014 15:00

Boks üzrə dünya və Avropa çempionu, "Baku Fires"un şərəfini qoruyan Albert Səlimov azerisport.az saytına müsahibəsində “Astana Arlans” klubu ilə görüşdən, Azərbaycan yığmasında çıxış etmək istəyindən və Rusiyanın buna qarşı olmasından danışıb.

- İlk olaraq “Astana Arlans” komandası ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Ümumdünya Boks Seriyasında ən güclü klublardan biridir. Bu komanda yaxşı boksçulardan formalaşıb. Qubadakı görüş bizim üçün özümüzü sübut etmək baxımından vacibdir. Kubaya uduzandan sonra azarkeşlər bizdən yalnız qələbə gözləyir. Qazaxıstan təmsilçisi hər zaman yaxşı boksçularla fərqlənib. Bununla belə bizim məqsədimiz qələbə qazanmaqdır.

- Cari mövsüm "Baku Fires" komandasının hədəfləri nə olacaq?
- Biz hər zaman yüksək hədəflər uğrunda mübarizə aparırıq. İlk olaraq qrupdan çıxmaq barədə düşünürük. Sonra isə finala qədər irəliləmək istərdik. Hissə-hissə bu barədə düşünəcəyik. Hazırkı hədəfimiz qalan qrup matçlarında qələbə qazanmaq və xal sayını artırmaqdır.

- Siz Azərbaycan millisində çıxış etmək istədiyinizi demişdiniz. Bu məsələ nə yerdədir?
- Azərbaycan tərəfi məni yığmada görmək istədiyini deyəndə razılaşdım. Fikrimcə heç bir problem qalmayıb. Klubun baş meneceri Rizvan Gənciyevə qərarımı açıqlamışam. Heç bir problem olmamalıdır. Mən hətta yanvarın 26-da start götürəcək Azərbaycan çempionatında iştirak etmək istəyirdim. Sadəcə "Bakı Fires"in çətin görüşləri qaldığından mənə icazə verilmədi. Məqsədim 2016-cı ildə keçiriləcək olimpiadaya lisenziya qazanmaqdır. Bakıda keçiriləcək Avropa Oyunlarında da iştirak etmək barədə düşünürəm.

- Axı Rusiya tərəfi səni Azərbaycan yığmasına buraxmayacaqlarını deyib...
- Rusiya tərəfi istədiyini deyə bilər. AİBA qanunları var. 3 illik fasilədən sonra boksçu başqa ölkənin şərəfini qoruya bilər. Çətin günlərimdə Azərbaycan klubu mənə dəstək oldu. Yığmada komandaya dəvət etdilər. Ən əsası mənə inandılar. Mən bu diqqətin qarşılığını verməliyəm. Hazırda bütün diqqətim klubuma, bundan sonra isə Azərbaycan yığmasına yönələcək. 

- Rusiya tərəfi söyləyib ki, sənin Azərbaycan yığmasında iştirakın mümkün deyil. Onlar səni geri qaytarmaq istəyir...
- 8 il Rusiya yığmasının şərəfini qorumuşam. Dünya və Avropa çempionu olmuşam. Hər zaman Rusiya bayrağını yüksəltdiyim üçün fəxr etmişəm. Lakin mənə qarşı düzgün hərəkət etmədilər. "Baku Fires"la müqavilə imzalayan kimi Rusiya yığmasından aldığım məvacib kəsildi. Mənimlə maraqlanmadılar. Bəzilər hesab edir ki, Səlimov artıq ən yaxşı günlərini arxada qoyub. Amma bu belə deyil.

- Azərbaycan yığmasında çıxış etməyinlə bağlı sənədlər hazırdır?
- Əlbəttə. Gələn ildən yığmanın şərəfini beynəlxalq turnirlərdə qoruya biləcəyəm. Məşqləri davam etdirirəm. Çünki, hədəfə çatmaq üçün çalışmalıyam. Rusiyanın Vətənim olmasını qətiyyən unutmuram. Amma Azərbaycana mənə yaratdığı şəraitin və güvənməsinin əvəzini verməliyəm. Bu əvəzi yalnız qələbələrlə, yaxşı nəticələrlə vermək olar.

- Deyəsən, kimlərəsə özünü sübut etmək istəyirsən?
- Hamıya hörmətlə yanaşıram. Sadəcə bəzilərinə hələ tükənmədiyimi göstərmək istəyirəm. Gücüm olduğunu hiss edirəm. Olimpiadaya vəsiqə qazanmaq arzusundayam. Fərq etmir yığma turnirlərindən, yoxsa "Baku Fires"də lisenziya qazanacağam. Əsas 2016-cı ildə olimpiadada iştirak etməyimdir. Orada sözümü deyəndən sonra ola bilsin ki, karyeramı başa vurmaq barədə düşünüm.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah