Favoritlər ümidləri doğrultdular
“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında Azərbaycan çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, final döyüşlərindən yalnız biri baş tutmayıb.
81 kq çəki dərəcəsində Vətən Hüseynli zədələndiyindən Rauf Rəhimovla döyüşə çıxmayıb. Digər çəki dərəcələrində elə bir gözlənilməz nəticə qeydə alınmayıb. Kuba əsilli Lorenzo Sotomayor ilk dəfə Azərbaycan çempionatında 1-ci yerə layiq görülüb. “Baku Fires” klubunun üzvü Xaybula Musalov da ilk dəfə çıxış etdiyi ölkə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ümumkomanda hesabında “Gilan” 1-ci, “Neftçi” İSM 2-ci, “Baku Fires” isə 3-cü yeri tutub.
49 kq: Salman Əlizadə (“Gilan” ) 3:0 Araz İmaməliyev (“Gilan”);
52 kq: Elvin Məmişzadə (“Gilan”) 3:0 İbrahim İbrahimov (“Neftçi”);
56 kq: Tural Əhmədov (“Gilan) 3:0 Rəhim Nəcəfov (FHN);
60 kq: Elvin İsayev (“Gilan) 3:0 Nəsrəddin Məmmədov (“Neftçi”);
64 kq: Lorenzo Sotomayor (“Qəbələ”) 3:0 Ruslan Qasımov (“Neftçi”
69 kq: Pərviz Bağırov (“Neftçi”) 3:0 Ramal Aslanov (“Astara”);
75 kq: Xaybula Musalov (“Baku Fires”) 3:0 Kamran Şahsuvarlı (“Qızıl əlcək”);
81 kq: Vətən Hüseynli (“Rabitə”)- Rauf Rəhimov (“Neftçi) - Rəhimov qalib elan olunub.
91 kq: Abdulqadir Abdullayev (“Baku Fires”) – Rahil Məmmədli (“Qəbələ”) - nokautla Abdullayev qalib gəlib.
91+kq: Kamran Mehdiyev (“Rabitə”) 3:0 Ağalar Sadıxzadə (“Sərhədçi”)