Şaxtalı hava Vətən Hüseynlini finalsız qoydu
2 fevral 2014 16:00
Havaların şaxtalı olması boks üzrə Azərbaycan çempionatının final görüşlərinə təsirsiz ötüşməyib. Azerisport.az xəbər verir ki, 81 kq-da keçirilən final görüşündə Rauf Rəhimov mübarizəsiz qələbə qazanıb.
Digər finalçı Vətən Hüseynliyə rinqə çıxmağa icazə verməyiblər. Həmin gün səhər saatlarında finalçıların çəki mərasimi keçirilib. Mərkəzdən kənarda yaşayan Vətən Hüseynli qarlı havaya görə çəki mərasiminə gecikib. Yolların buz bağlamasına görə gecikəcəyini əvvəlcədən bildirsə də, boksçuya güzəştə getməyiblər. Bununla da Rauf Rəhimov mübarizəsiz Azərbaycan çempionu olub. Vətən Hüseynliyə finalda çıxış etməyə imkan verilməyib.