Teymur Məmmədov: Biz polşalı boksçulardan güclü idik
9 fevral 2014 16:13
"Baku Fires" boks klubunun üzvü Teymur Məmmədov azerisport.az saytına açıqlamasında "Hussars Poland" üzərində qələbəni şərh edib:
"Bir neçə ay məşq etmirdim. İndi artıq klubla birgə hazırlaşıram. Polşa komandası ilə görüşə yalnız qələbə üçün çıxmışdıq. Sevinirəm ki, uğur qazandıq. Rəqib səhvlərə yol versə də sona qədər yarışdı. Ümumilikdə biz polşalı boksçulardan güclü idik. Komandamız artıq pley-offa vəsiqə qazandı. Çalışacağıq orada mümkün qədər irəliləyək. Gələcək yarışlarda da 81 kq-da çıxış etməyi düşünürəm".