Nurupaşa Talıbov: yalnız qrup oyunları başa çatandan sonra pley-off haqda düşünəcəyik
9 fevral 2014 16:22
"Baku Fires" boks klubunun baş məşqçisi Nurupaşa Talibov azerisport.az saytına açıqlamasında komandanın Polşa təmsilçisi ilə görüşünü şərh edib:
"Komandamızın məqsədi qələbə qazanmaq idi. Polşa komandasını səfərdə olduğu kimi yenə 5-0 hesabı ilə məğlub etdik. Hazırda bizim qrupda iki oyunumuz qalıb. Rusiya və Kuba komandaları ilə görüş çətin olacaq. Hər iki görüşdə maksimum nəticə qazanmağa çalışacağıq. Pley-offa vəsiqəni təmin etsək də arxayınlaşmaq olmaz. Boksçularımız məşqləri davam etdirəcək. Yalnız qrup oyunları başa çatandan sonra pley-off haqda düşünəcəyik. Klubumuzun potensialı yüksəkdir, ona görə hər görüşə qələbə üçün çıxırıq".