Baku Fires 1/4 final görüşünü də Qubada keçirəcək
10 fevral 2014 16:55
“Baku Fires” peşəkar boks klubu Ümumdünya Boks Seriyasında 1/4 final görüşünü də Qubada keçirəcək. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı klubun baş meneceri Rizvan Gənciyev verib.
Onun sözlərinə görə, qrup mərhələsində Quba azarkeşləri komandanı yüksək səviyyədə dəstəkləyib. Ona görə onları pley-off görüşündən məhrum etmək düzgün olmazdı.
Qeyd edək ki, WSB-də pley-off martın 28-də başlayır.
Qeyd edək ki, WSB-də pley-off martın 28-də başlayır.