8 martda 8 boksçumuz uğur qazandı
8 mart 2014 21:33
Almaniyanın Hamburq şəhərində boks üzrə qadınlar arasında beynəlxalq turnir keçirilir. Azerisport.az xəbər verir ki, 11 ölkənin 85 boksçusunun mübarizə apardığı yarışda Azərbaycan idmançıları da iştirak edir.
Beynəlxalq qadınlar günündə boksçularımız uğurla çıxış edərək, özlərinə gözəl hədiyyə ediblər. Belə ki, milli komandamızın 8 üzvü yarımfinala vəsiqə qazanıb. 81 kq çəki dərəcəsində mübarizə aparan Aynur Rzayevanın qələbəsi daha əlamətdar olub. O, litvalı rəqibini 3-cü raundda nokauta salıb. Rzayevadan başqa, Anaxanım Ağayeva, Aliyə Vəlizadə, Məryəm Cəbrayılova, Alina Hacıyeva, Anna Əlimərdanova, Yana Alekseyeva və Leyla Həsənova da yarımfinala yüksəliblər. Yarımfinal döyüşləri martın 9-da keçiriləcək.